*F*I*Z*I*K*

Niftali Qocayev

Fizikler
Nobelçi fizikler 1901-2005
Abdulla Muxtarov
Behram Esgerov
Niftali Qocayev
Ibni Sina
Galileo Galilei
Albert Einstein
Ernest Rutherford
James Chadwick
Christiaan Huygens
Marie Curie
Wilhelm Conrad Röntgen
Sir Isaac Newton
Max Planck
Andre Marie Ampere
Nikola Tesla

"Qızıl atəşlə, qadın qızılla, kişi isə qadınla imtahan edilir"
                                                                               ABŞ atalar sözü

0000.jpg

Prof.Dr.Niftalı Qocayev

Qocayev Niftalı Mehralı oğlu 1936-cı il oktyabrın 18-də Qərbi Azərbaycanın (indiki Ermənistan adlanan bölgə) Qazax qəzasının Dilican nahiyyəsinin Salah kəndində doğulmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirərək BAKI DÖVLƏT UNİVERSİTETİNİN fizika fakültəsinə daxil olmuşdur. Yalnız əla qiymətlərlə oxuduğuna nümunəvi davranışına görə 3-5 kurslarda Özəl Təqaudə layiq görülmüş, 1958-ci ildə fizika fakültəsinin nəzəri fizika ixtisasını fərqlənmə(qırmızı) diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirməsi və tələbəlik dövründə elmi-tədqiqat işləri sahəsindəki fəaliyyəti (tələbə ikən Kiev Dövlət Universitetində kəçirilən Bəynəlxalq elmi konfransda <<>> mövzusunda məruzə ilə çıxıs edərək tərifnaməyə layiq görülmüşdür) nəzərə alınaraq N.M.Qocayev BDU-da saxlanılmışdır.Bir il laborant vəzifəsində işlədikdən sonra Sankt-Peterburq şəhərində o zamanki Sovətlər Ittifaqı Elmlər Akademiyasının  aspiranturasına qəbul olunaraq akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə o zamanlar üçün nadir olan molekulyar biofizika sahasində elmi fəaliyyətini davam etdirmişdir. 1962-cı ildə mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almış və məzunu olduğu Bakı Dövlət Universitetinə qayıdaraq bu günə qədər həmin universitetdə öz hərtərəfli fəaliyyətini (1962-müəllim, 1963-1964 baş müəllim, 1964-1979 dosent, 1979-dan professor) etdirir. 1967-cı ildə N.M.Qocayevin bilavasitə fəaliyyəti nəticəsində Bakı Dövlət Universiteti nəzdində yaradılmış və N.M.Qocayev həmin fakultənin ilk dekanı vəzifəsinə təyin olunmuşdur. 1968-ci ildə müsabiqə yolu ilə BDU-nun  müdir vəzifəsinə silmiş və bununla əlaqədar 1969-cu ildə öz xahişi ilə dekan vəzifəsindən azad edilmişdir. Prof.N.M.Qocayev 16 il (1968-1984-cu illərdə)  rəhbərlik edərək elmi pedaqoji kadrlar hazırlanması işində dərslik və monoqrafiyalar yazmaq və tədris sahələrində önəmli müvəffəqiyyətlər qazanmışdır. O, ilk dəfə 1977-ci və 1980-ci illərdə olmuş və müvafiq medallarla təltif olunmuşdur. Prof.N.M.Qocayev məzun olduğu ildən indiyədək fasiləsiz işlədiyi BAKI DÖVLƏT UNIVERSITETINDƏ hələ 1959-cu ildən tədqiqata başladığı sahəsində məktəb yaratmış. Həmin məktəbin daha səmərəli elmi fəaliyyət göstərməsi üçün 1980-ci kmiş SSRI Ali Təhsil Nazirliyinin tövsiyyəsi və SSKI Nazirlər Sovəti yanında Elm və Təhsil Komitəsinin xüsusi qərarı ilə laboratoriyanın açılmasına nail olmuş və o vaxtdan bu günə qədər həmin laboratoriyanın müdiri vəzifəsində çalışır. Prof.N.M.Qocayev 4 istiqamətdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir: elmi-tədqiqat işləri və yüksək ixtisaslı elmi kadrların(magistr və elm namizədi) hazırlanması, dərsliklər və monoqrafiyaların yazılması , dərsliklərin və elmi ədəbiyyatın xarici dillərdən Azərbaycan və Türk dillərinə tərcüməsi , pedaqoji fəaliyyət. Sadalanan bütün sahələrdə prof.N.M.Qocayevin xüsusi xidməti olmuşdur . O, məzunu olduğu BAKI DÖVLƏT UNIVERSITETININ fizika , biologiya, kimya fakultələrində ümumi fizikanın müxtəlif bölmələri və ixtisas kursları üzrə yüksək səviyyəli mühazirələr oxumuş, tələbələrin kurs və diplom işlərinə rəhbərlik etmişdir . Əsasən Avropa , Amerika və Rusiyada nəşr olunan mötəbər elmi jurnallarda dərc olunmuş 255 elmi məqalənin , 8 monoqrafiyanin , 9 dərslik və dərs vəsaitinin müəllifidir . Bunlar içərisində kmiş SSRI -nin Ali Təhsil Nazirliyi tərəfindən Ittifaq Universitetləri üçün dərs vəsaiti olaraq təsdiq olunaraq Moskva şəhərində nəşriyyatı tərəfindən çap olunmuş kitabını və Sankt -Peterburq şəhərində bir qrup alimlərlə , akademik M.Volkenşteyn və başqaları ilə birlikdə ingilis dilində nəşr etdirdiyi monoqrafiyanı xüsusi qeyd etmək lazımdır . Prof.N.M.Qocayevin qardaş Türkiyə universitetləri üçün yazaraq Ərzurumda nəşr etdirdiyi 2 dərslik və 2 monoqrafiya Türkiyəli tələbələr tərəfindən sevilərək oxunan kitablardır . Prof.N.M.Qocayevin elmi rəhbərliyi ilə 20 aspirant və dissertant namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi adına layiq görülmuüşdür. Onların içərisində Misir və Iraq vətəndaşları da var. Prof.N.M.Qocayevin təşəbbüsü ilə 1997 -ci ildə yaradılmıs Azərbaycan Biofizika Cəmiyyəti özünün ilk konfransında onu Cəmiyyətin Prezidenti smişdir və bu günədək həmin vəzifədə müvəffəqiyyətlə çalışır . Qocayev 2001-ci ildən etibarən əvəzçilik yolu ilə Qafqaz universitetində Elmi işlər və xarici əlaqələr üzrə prorektor vəzifəsində işləyir. Prof.N.M.Qocayev 1980-1984 -cu illərdə Azərbaycan Rəspulikasi Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Elmi-Metodik Şuranı Fizika və Astronomiya Seksiyasının sədri ,1967-1994 -cu illərdə Azərbaycan Rəspublikasi cəmiyyətinin Fizika Seksiyasının üzvü olmuş , 1989-1993 -cu illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri vəzifəsində işləmişdir .1993-1998 -ci illərdə Türkiyədə -Ərzurum Atatürk və İstanbul universitetlərində profəssor vəzifəsində çalişaraq mühüm elmi-pedaqoji fəaliyyət göstərmişdir . Həmin dövrdə yerli alimlərlə yaxın əməkdaşlıq edərək maraqlı elmi-tədqiqat işləri aparmış , dissertasiya işlərinin müdafiə şuralarının sədri və üzvü olmuşdur . Birgə elmi işlər Türkiyə Dövlət Planlama Təşkilatı tərəfindən mühüm elmi -tədqiqat işi olaraq qəbul olunduğundan həmin təşkilatın maliyyə dəstəyi ilə yerinə yetirilmiş , alınan nəticələr Journ Moləkular Structurə kimi moötəbər elmi jurnalda və digər jurnallarda çap olunmuşdur . Prof.N.M.Qocayev Türkiyə universitetlərinin tələbələri üçün 4 dərslik(molekulyar fizika, optika, molekulun quruluşu1-ci və 2-ci cild) yazmış , molekulyar fizika və optikanı ilk dəfə olaraq Ərzurum və Atatürk Universitetində tədris etməklə yanaşı özündən sonra bu fənnlərin tədrisi üçün kadrlar hazırlığına da əmək sərf etmişdir. Hazırda Istanbul Universitetinin kafedrası ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında elmi -tədqiqat işlərini davam etdirir. Prof.N.M.Qocayev 255 məqalənin müəllifidir.