Ərazi
                            
                           Azərbaycan Respublikasının ərazi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri,
                           50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.
                            
                           Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq
                           uzunlugunda, Bakı 40° paralel üzərindədir.
                            
                           Cənubdan İran-la 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən
                           Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin
                           uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər
                           olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində,
                           Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.
                            
                           Əhali
                            
                           2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər,
                           o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min
                           nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin
                           ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və
                           ya 51 faizi qadınlardır.
                            
                           Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin
                           ümumi sayından 26 faizi 0-14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda
                           olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər
                           çoxu şəhər yerlərində yaşayır.
                            
                           Əhalinin orta yaşı 31 yaş təşkil edir.
                            
                           Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə
                           əhalisinin 90,6 faizi Azərbaycan Türkləri, 2,2 faizi Ləzgilər, 1,8 faizi Ruslar, 1,5 faizi Ermənilər,
                           1,0 faizi Talışlar, 0,6 faizi Avarlar, 0,5 faizi Axıska Türkləri, 0,4 faizi Tatarlar, 0,4 faizi Ukraynalılar,
                           0,2 faizi Saxurlar, 0,2 faizi Gürcülər, 0,2 faizi Kürdlər, 0,13 faizi Tatlar, 0,1 faizi Yəhudilər, 0,05
                           faizi Udinlər, 0,12 faizi isə digər millətlərdir.
                            
                           Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə
                           üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz
                           təşkil etmişdir.
                            
                           Əhalinin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfər
                            
                           o cümlədən: kişilər - 4103,7 min nəfər, qadınlar - 4243,6 min nəfər
                            
                            
                           Dövlət Quruluşu
                            
                           Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis,
                           icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən
                           orqan Azərbaycan Respublikasının məhkəmələridir.
                            
                           Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı
                           spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikası-nın dövlət hakimiyyəti
                           statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının
                           tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının
                           Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə
                           hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan
                           Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.
                            
                           Dövlət Rəmzləri
                            
                           Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının
                           Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının
                           Dövlət himnidir.
                            
                           Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan
                           ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir
                           və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli
                           aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti
                           1:2-dir.
                            
                           Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası
                           Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya
                           qanunu ilə müəyyən edilir.
                            
                           Paytaxt
                            
                           Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində
                           yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa
                           hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan
                           və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər
                           yaşayır.
                           Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdiri
                            
                           Tarix
                           Bakının Abşeron ərazisində tapılmış arxeoloji materiallar buranın
                           qədim yaşayış məskəni olduğunu sübut edir. Artyom, Zığ gölü ətrafı,
                           Şüvəlan, Mərdakan, Binəgədi, Əmircan və s. yerlərdə e.ə. 3-1 ci minilliklərə
                           aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq
                           məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə
                           eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi
                           o dövrdə buranın yaşayış məntəgəsi olduğunu göstərir. 5-6 əsr mənbələrində
                           Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10
                           əsr) "Bakuyə", "Bakuh", "Baku", rus məxəzlərində (15 əsr) "Baka", Səfəvilər
                           dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.
                            
                           Bakı hələ orta Şərgin iri şəhərlərindən idi. İqtisadiyyatında
                           neft və duz əsas yer tuqurdu. Ərəb səyyahı Əbu Düləfin (10 əsr) məlumatına
                           görə, Bakıdakı iki neft mənbəyindən ildə təgr. 720 min dirhəm gəlir götürülürdü.
                           Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin
                           tərəqqi etməsinə imkan yaradirdi. Beynəlxalq ticarət yolları ayırıcında
                           olan Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə
                           malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri
                           gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ihrac olunurdu.
                            
                           9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi
                           hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə
                           bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən
                           biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas
                           şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq,
                           bostançiçiq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqçiliq və s. ilə məşğul
                           olurdu. Zəfəran da əkilirdi. Bakı hələ orta Şərgin iri şəhərlərindən
                           idi. İqtisadiyyatında neft və duz əsas yer tuqurdu. Ərəb səyyahı Əbu Düləfin
                           (10 əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə təgr.
                           720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın
                           inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradirdi. beynəlxalq ticarət
                           yolları ayırıcında olan Bakı Şərg və Qərb ölkələri arasındakı
                           ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq,
                           Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə
                           neft ihrac olunurdu. 9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi
                           hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə
                           bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən
                           biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas
                           şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq,
                           bostançiçiq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqçiliq və s. ilə məşğul
                           olurdu. Zəfəran da əkilirdi.
                            
                           Bakı 10 əsrdən liman şəhəri kimi məşhur idi. 11 əsrin sonu-13 əsrin
                           əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191 ildə Qızıl Arslan Şamaxini
                           tutdugda şirvanşah 1 Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar
                           şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12 əsrdə Bakı
                           ikicərkəli qala divari və xəndəklə əhatə olundu.
                            
                           Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə
                           Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş
                           qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.
                            
                           13 əsrin 30-gu illərində Monqollar. Bakıya hucum edib, uzunmüddətli məhasirədən
                           sonra şəhəri aldilar. Bakıda neft çıxarılması və ticarət tənəzzülə
                           uğradı. 14 əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti)
                           yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin
                           artmasi ilə əlaqadar Bakınin iqtisadi mövqeyi yüksəldi. 14 əsrdən Bakıdan Qızıl
                           Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən
                           ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin ç. sahillərinə
                           də mal daşinirdi. 14 əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artmasi
                           ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı
                           (bu, 1375 ildə katalan dilində hazırlanmış atlasla göstərilir). Bakıda indiyədək
                           qalan tarixi-memarliq abidələri - Buxara karvansarası(14 əsr), Qız Qalası yaxinliğında
                           Multani (hind) karvansarası (15-16 əsrlər) və s. Şərq ölkələri ilə geniş
                           tigarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.
                            
                           Şirvanşah 1 Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri
                           aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət,
                           sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15 əsrin
                           2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və
                           diplomatik əlaqələr yaradıldı. 1501 ildə Şah İsmayıl Şirvana hücum edərək
                           Bakını aldı.
                            
                            
                           Səfəvi hökmdarı 1 Təhmasib 1538 ildə Bakınin da daxil olduğu Şirvanı
                           Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri
                           zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin
                           hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin
                           inkişafini ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə
                           son qoyulması 17 əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan
                           verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron
                           əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. 16-18 əsrlərdə sənətkarlıq,
                           xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-18 əsrlərə
                           aid tarixi abidələr bu dövrdə Bakıda me"marlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini
                           göstərir..
                            
                           Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateşi
                           əhəmiyyəti 18 əsrin əvvəllərindən e"tibarən Rusiyanın diqqətini cəlb
                           edirdi. Xəzərin c.-q. sahillərinə yiyələnməyə çalışan 1 Pyotr xüsusi hərbi
                           dəniz ekspedisiyası yaratdı. 1723 il iyunun 26-da 1 Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin, Rusiya
                           və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən
                           İranın hakimiyyəti altina keçdi.
                            
                           18 əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o gümlədən Bakı xanlığı
                           yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin
                           inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı.
                           18 əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən
                           canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbç-a hücumları iqtisadiyyatın
                           və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəboldu.
                           1796 ilin yazında 2 Yekaterinanın əmri ilə gen. V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları
                           Azərb.-a yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797 ilin əvvəlində gen.P.D.Sisianov
                           Bakının komendantı tə"yin olundu. 2 Yekaterinanın ölümündən sonra oğlu 1Pavel V.A.Zubovu
                           geri çağırdı. Çar qoşunları 1797 ilin martında Bakını tərk etdi. 19 əsrin
                           əvvəlində 1 Aleksandr Xəzər-sahili vil.-ləri, ilk növbədə Bakını tutmaq
                           planı ilə hüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-13) bu planın həyata keçirilməsini
                           sür"ətləndirdi. 1805 il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin
                           müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806 ilin əvvəlində gen. P.D.Sisianovun qoşunları
                           yenidən Bakıyə yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı
                           xanı Hüseynnqulu xanla danışıqlar zamanı gen. P.D. Sisianov öldürüldü. 1806 il oktyabrın 6-da
                           Bakı Rusiyaya birləşdirildi. 1807 ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813 ildə bağlanmış
                           Gülüstan sülhü ilə Şimali Azərb., o gümlədən Bakının Rusiyaya birləşdirilməsi
                           təsdiq edildi. Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847 ildə Bakının
                           Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasina təşəbbüs göstərildi.
                           Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879 ildə Bakıda 9
                           qazıma buruğe vardısa, 1900 ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasina
                           çıxdı. Neft sənayesi ilə yanaşı , Bakıda başqa sənaye sahələri də
                           inkişafa başladı; mexaniki zavodlar, e"malatxanalar, tütün f-kləri buxar mühərrikləri ilə
                           işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye
                           firalarının binalarından ibarət idi. 1883 il mayın 8-də Bakı-Tiflis d.y. işə
                           salındı. 1899 ildə Bakıda ilk konka işləməyə başladı. Hələ 19
                           əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.
                            
                           İqtisadiyyat
                            
                           Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident
                           Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı
                           il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə
                           buraxılıb. AZN-nın dollarla nisbəti USD1=AZN0,91 və ya USD1=AZM4560. Xırda pul qəpik adlanır
                           və 1 manat 100 qəpiyə bərabərdir.
                            
                           Dil
                            
                           Azərbaycan Respublikasının səkkiz milyonluq əhalisinin (2001) gündəlik ünsiyyət
                           vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.
                            
                           Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının
                           da ana dilidir. Rusiya-da, ABŞ-da, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə
                           milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin
                           sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı
                           olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə
                           hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.
                            
                           Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan
                           əlifbasında 32 hərflə işarə edilir.
                            
                           Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan
                           əlifbasından istifadə edilir
                            
                           Din
                            
                           Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik
                           qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan
                           Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışi
                           İslamdir. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi, Katolisizm.
                            
                           "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər
                           bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna
                           və həmin hüququ həyata keçirməyə təminat yaradır.
                            
                           Münaqişə
                            
                           Dağlıq Qarabağın Erməni mənşəli əhalisinin müstəqillik tələbləri
                           Azərbaycanla qonşu Erməniştan arasında 1989-cu ildən bəri davam edən silahlı
                           münaqişəyə səbəb olmuşdur. Hal - hazırda Dağlıq Qarabağ və ona bitişik
                           rayonlar Erməniştanın işğalı altındadır.İşğal altında olan ərazi
                           Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində
                           Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış
                           yerlərini tərk etmiş, 20 000 -dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış
                           və ya şikəst olmuşdur.
                            
                           Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927
                           kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert
                           studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli
                           əşya və nadir eksponat oğurlanmışdır.
                            
                           Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin
                           qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni
                           dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın
                           mədəni sərvətlərini talamaqla məşğuldur.
                            
                           Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının
                           1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan
                           Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan
                           ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan
                           Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.
                            
                           Bayramlar ve xüsusi günlər
                            
                           Rəsmi
                           1 Yanvar - Yəni İl bayramı
                           20 Mart - 21 Mart - Novruz bayramı
                           28 May - Respublika günü
                           15 İyun - Milli Qurtuluş günü
                           26 İyun - Azərbaycan Silahlı Quvvetleri günü
                           18 Oktyabr - Azərbaycan Respulikası-nin Dövlət Musteqilliyi günü
                           17 Noyabr - Milli Dirceliş günü
                           31 Dekabr - Dünya Azərbaycanlıların Hemreyliyi günü
                            
                           Dini
                           Qurban Bayramı (1 gün)
                           Ramazan Bayramı (1 gün)
                            
                            
                           Azərbaycanın
                           rayon ve şəhərləri
                            
                           Rayonlar: Abşeron | Ağdam | Ağdaş | Ağcabədi | Ağstafa | Ağsu
                           | Astara | Babək* | Balakən | Bərdə | Beyləqan | Biləsuvar | Daşkəsən | Dəvəçi
                           | Füzuli | Gədəbəy | Goranboy | Göyçay | Hacıqabul | İmişli | İsmayıllı | Cəbrayıl
                           | Cəlilabad | Culfa* | Kəlbəcər | Xaçmaz | Xanlar | Xızı | Xocalı | Xocavənd | Kürdəmir
                           | Laçın | Lənkəran | Lerik | Masallı | Neftçala | Oğuz | Ordubad* | Qəbələ | Qax |
                           Qazax | Qobustan | Quba | Qubadlı | Qusar | Saatlı | Sabirabad | Sədərək* | Salyan | Samux | Şahbuz*
                           | Şəki | Şamaxı | Şəmkir | Şərur* | Şuşa | Siyəzən | Tərtər
                           | Tovuz | Ucar | Yardımlı | Yevlax | Zəngilan | Zaqatala | Zərdab
                           Şəhərlər: Əli Bayramlı | Bakı | Gəncə | Xankəndi |
                           Lənkəran | Mingəçevir | Naftalan | Naxçıvan* | Şəki | Sumqayıt | Şuşa | Yevlax
                           Ulduz şəkilli mətbəə nişanı olan (*) Naxçıvan Muxtar Respublikası
                            
                            
                            
                           Neftçala
                            
                           Azərbaycanın rayonlarından biridir. Neftçala rayonu 1940-cı ildə təşkil olunmuşdur.1959-cu
                           ildə ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmiş, 1973-cü ildə
                           yenidən müstəqil rayon olmuşdur.
                           Sahəsi - 1451 kvadrat kilometrdir.
                           Əhalisi (sıxlıq) - 72,8 min nəfərdir.
                           İri yaşayış məntəqələri - Neftçala şəhəri, Xıllı
                           və Bankə şəhər tipli qəsəbələr, Yuxarı Qaramanlı, Boyat, Yenikənd
                           kəndləridir.1 şəhər, 3 şəhər tipli qəsəbə, 53 kənd vardır.
                           Yerli Media - "Gündoğar" qəzeti.
                            
                           İqtisadiyyat
                            
                           Rayonun iqtisadiyyatında əsasən pambıqçılıq və taxılçılıq başlıca
                           yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə
                           zavodları və başqa müəssisələr fəaliyyət göstərir.
                            
                            
                            
                            
                           Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri
                            
                           Neftçalada 12 məktəbəqədər uşaq müəssisəsi, 44 ümumtəhsil məktəbi,
                           53 kitabxana, 36 mədəniyyət evi vardır.
                            
                           İqlimi
                            
                           Mülayim-isti yarımsəhra.