*F*I*Z*I*K*

Fizikler
Nobelçi fizikler 1901-2005
Abdulla Muxtarov
Behram Esgerov
Niftali Qocayev
Ibni Sina
Galileo Galilei
Albert Einstein
Ernest Rutherford
James Chadwick
Christiaan Huygens
Marie Curie
Wilhelm Conrad Röntgen
Sir Isaac Newton
Max Planck
Andre Marie Ampere
Nikola Tesla

123.jpg

Müəllif: Ziya

    Tanınmış fiziklərin həyatı haqqında kitabımın olmasını çox istərdim, ancaq hələ bu kitab mənə rast gəlməyib. Hər halda nə vaxtsa bu arzuma da çataram. Bu kitabı tapmadığımdan məşhur fiziklərin bəzilərinin həyatları haqqında olan məlumatları bu kiçik website-a toplamağa çalışmışam. Böyük ehtimal var ki, bu yazıların çox hissəsi ingilis dilində olacaq. Bu fiziklər arasında mənə dərs deyən müəllimlər də var: Abdulla Muxtarov, Bəhram Əsgərov və Niftalı Qocayev. Belə şəxsiyyətlərin tələbəsi olduğum üçün həmişə fəxr etmişəm . Nə isə, bu yolda özümə uğurlar arzulayıram.

 


 

 

          

 

Azərbaycan Respublikası

azerbaijan.jpg

Ərazi

 

Azərbaycan Respublikasının ərazi - 86,6 min km² (11,5% meşələr, 1,6% su hövzələri, 50,0% becərilən torpaqlar, o cümlədən 27,0% otaqlar, 36,9% sair torpaqlar) təşkil edir.

 

Ölkə 39° 24', 41° 54' şimal en dairələri arasında və 44° 46', 50° 45' şərq uzunlugunda, Bakı 40° paralel üzərindədir.

 

Cənubdan İran-la 765 km və Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 390 km, şimali-qərbdən Gürcüstan ilə 480 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir. Sahil xəttinin uzunluğu - 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin sahilində yerləşir və sahəsi 86,6 min kv. km-dir.

 

Əhali

 

2004-cü ilin əvvəlinə Azərbaycan Respublikasının əhalisi 8 milyon 265 min nəfər, o cümlədən 4 milyon 254 min nəfər və ya 51,5 faizini şəhər və 4 milyon 11 min nəfər və ya 48,5 faizini kənd sakinləri təşkil etmişdir. Ölkə əhalisinin ümumi sayından 4 milyon 58 min nəfəri, yaxud 49 faizi kişi, 4 milyon 207 min nəfəri və ya 51 faizi qadınlardır.

 

Əhalinin yaş strukturu aşağıdakı kimi səciyyələnir: əhalinin ümumi sayından 26 faizi 0-14 yaşda, 67 faizi 15-64 yaşda, 7 faizi isə 65 və yuxarı yaşda olanlardır. Əhalinin 29 faizi 18-34 yaşda olan gənclərdir, onların yarıdan bir qədər çoxu şəhər yerlərində yaşayır.

 

Əhalinin orta yaşı 31 yaş təşkil edir.

 

Əhalinin son siyahıyaalınmasının nəticələrinə görə ölkə əhalisinin 90,6 faizi Azərbaycan Türkləri, 2,2 faizi Ləzgilər, 1,8 faizi Ruslar, 1,5 faizi Ermənilər, 1,0 faizi Talışlar, 0,6 faizi Avarlar, 0,5 faizi Axıska Türkləri, 0,4 faizi Tatarlar, 0,4 faizi Ukraynalılar, 0,2 faizi Saxurlar, 0,2 faizi Gürcülər, 0,2 faizi Kürdlər, 0,13 faizi Tatlar, 0,1 faizi Yəhudilər, 0,05 faizi Udinlər, 0,12 faizi isə digər millətlərdir.

 

Öz millətinin dilində sərbəst danışa bilən əhalinin bütövlükdə ölkə üzrə xüsusi çəkisi 99,2 faiz olmuşdur. Azərbaycanlılar arasında bu göstərici 99,8 faiz təşkil etmişdir.

 

Əhalinin sayı (01.01.2005-ci il) - 8347.3 min nəfər

 

o cümlədən: kişilər - 4103,7 min nəfər, qadınlar - 4243,6 min nəfər

 

 

Dövlət Quruluşu

 

Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən orqan Milli Məclis, icra hakimiyyətini həyata keçirən Prezident, Məhkəmə hakimiyyətini həyata keçirən orqan Azərbaycan Respublikasının məhkəmələridir.

 

Azərbaycan Respublikasının Konstitusiya ilə müəyyən edilmiş unitarlığı spesifikliyə malikdir. Bu da onun tərkibində Naxçıvan Muxtar Respublikası-nın dövlət hakimiyyəti statusuna malik olmasıdır. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Orada qanunverici hakimiyyəti Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, məhkəmə hakimiyyətini Naxçıvan Muxtar Respublikasının məhkəmələri həyata keçirir. Naxçıvan Muxtar Respublikasında ali vəzifəli şəxs Ali Məclisin sədridir.

 

Dövlət Rəmzləri

 

Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

 

Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

 

Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

 

Paytaxt

 

Bakı Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir, onun ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.

Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdiri

 

Tarix

Bakının Abşeron ərazisində tapılmış arxeoloji materiallar buranın qədim yaşayış məskəni olduğunu sübut edir. Artyom, Zığ gölü ətrafı, Şüvəlan, Mərdakan, Binəgədi, Əmircan və s. yerlərdə e.ə. 3-1 ci minilliklərə aid arxeoloji materiallar tapılmışdır. Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəgəsi olduğunu göstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) "Bakuyə", "Bakuh", "Baku", rus məxəzlərində (15 əsr) "Baka", Səfəvilər dövrü farsdilli mənbələrdə "Badkubə" kimi qeyd edilir.

 

Bakı hələ orta Şərgin iri şəhərlərindən idi. İqtisadiyyatında neft və duz əsas yer tuqurdu. Ərəb səyyahı Əbu Düləfin (10 əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə təgr. 720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradirdi. Beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ihrac olunurdu.

 

9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançiçiq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqçiliq və s. ilə məşğul olurdu. Zəfəran da əkilirdi. Bakı hələ orta Şərgin iri şəhərlərindən idi. İqtisadiyyatında neft və duz əsas yer tuqurdu. Ərəb səyyahı Əbu Düləfin (10 əsr) məlumatına görə, Bakıdakı iki neft mənbəyindən ildə təgr. 720 min dirhəm gəlir götürülürdü. Feodal münasibətlərinin, ticarət və sənətkarlığın inkişafı şəhərin tərəqqi etməsinə imkan yaradirdi. beynəlxalq ticarət yolları ayırıcında olan Bakı Şərg və Qərb ölkələri arasındakı ticarətdə mühüm əhəmiyyətə malik idi. Bakıya xəzər, slavyan, Bizans, Çin, İraq, Suriya, Genuya, Venesiya, İran, Hindistan tacirləri gəlirdi. Bakıdan İran, İraq və s. ölkələrə neft ihrac olunurdu. 9 əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10 əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançiçiq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, baliqçiliq və s. ilə məşğul olurdu. Zəfəran da əkilirdi.

 

Bakı 10 əsrdən liman şəhəri kimi məşhur idi. 11 əsrin sonu-13 əsrin əvvəllərində Bakı tərəqqi dövrü keçirirdi. 1191 ildə Qızıl Arslan Şamaxini tutdugda şirvanşah 1 Axsitan müvəqqəti olaraq paytaxtı Bakıya köçürmüşdü. Şirvanşahlar şəhərin möhkəmləndirilməsinə xüsusi diqqət verirdilər. 12 əsrdə Bakı ikicərkəli qala divari və xəndəklə əhatə olundu.

 

Qız Qalası da şəhərin müdafiə sisteminə daxil idi. 1232-1235 illərdə Bakını dəniz tərəfdən qorumaq məqsədi ilə buxta daxilində möhkəmləndirilmiş qala tikildi. Şirvanşahlar Xəzər dənizində güclü donanma yaratdılar.

 

13 əsrin 30-gu illərində Monqollar. Bakıya hucum edib, uzunmüddətli məhasirədən sonra şəhəri aldilar. Bakıda neft çıxarılması və ticarət tənəzzülə uğradı. 14 əsrin ortalarına doğru Bakıda ticarət (xüsusilə dəniz ticarəti) yenidən canlandı. Gilan və Şamaxı ipəyinin beynəlxalq ticarətdə əhəmiyyətinin artmasi ilə əlaqadar Bakınin iqtisadi mövqeyi yüksəldi. 14 əsrdən Bakıdan Qızıl Orda, Moskva knyazlığı, Avropa ölkələri və s. yerlərə müxtəlif mallar, xüsusən ipək, xalça və s. ixrac edilirdi. Bakıdan Həştarxana, Orta Asiyaya və Xəzərin ç. sahillərinə də mal daşinirdi. 14 əsrin 2-ci yarısında Bakının iqtisadi və siyasi rolunun artmasi ilə əlaqədar olaraq Xəzər dənizi bəzən Bakı dənizi də adlanırdı (bu, 1375 ildə katalan dilində hazırlanmış atlasla göstərilir). Bakıda indiyədək qalan tarixi-memarliq abidələri - Buxara karvansarası(14 əsr), Qız Qalası yaxinliğında Multani (hind) karvansarası (15-16 əsrlər) və s. Şərq ölkələri ilə geniş tigarət əlaqələrinin mövcudluğunu sübut edir. Bakıda hind tacirləri yaşayırdı.

 

Şirvanşah 1 Xəlilüllahın dövründə (1417-1462) Bakıda mühüm tikinti işləri aparıldı. Şirvanşahlar sarayı kompleksi də bu dövrdə tikilmişdir. Bakıda ticarət, sənətkarlıq inkişaf edir, iqtisadi və mədəni həyat yüksəlirdi. 15 əsrin 2-ci yarısında Böyük Moskva knyazlığı ilə ticarət daha da genişləndi və diplomatik əlaqələr yaradıldı. 1501 ildə Şah İsmayıl Şirvana hücum edərək Bakını aldı.

 

 

Səfəvi hökmdarı 1 Təhmasib 1538 ildə Bakınin da daxil olduğu Şirvanı Səfəvilər dövlətinə birləşdirdi. Səfəvi - Osmanlı müharibələri zamanı 1578 ildə Osmanlı ordusu Bakını tutdu. 1607 ildə şəhər yenidən Səfəvilərin hakimiyyəti altına keçdi. Mərkəzi hakimiyyətin qüvvətlənməsi, məhsuldar qüvvələrin inkişafini ləngidən feodal çəkişləmələrinə, dağıdıcı müharibələrə son qoyulması 17 əsrin 40-cı illərində şəhərin yüksəlişinə təkan verdi. Səfəvilər dövründə Bakıda mis pullar buraxılırdı. Bakı və Abşeron əhalisinin xeyli hissəsi xalçaçılıqla məşğul olurdu. 16-18 əsrlərdə sənətkarlıq, xüsusilə xalçaçılıq daha da inkişaf etdi. Bakıda toxuculuq da mühüm yer tuturdu. 17-18 əsrlərə aid tarixi abidələr bu dövrdə Bakıda me"marlıq, həkkaklıq və s.-nin inkişaf etdiyini göstərir..

 

Bakının zəngin təbii sərvətləri, habelə mühüm hərbi strateşi əhəmiyyəti 18 əsrin əvvəllərindən e"tibarən Rusiyanın diqqətini cəlb edirdi. Xəzərin c.-q. sahillərinə yiyələnməyə çalışan 1 Pyotr xüsusi hərbi dəniz ekspedisiyası yaratdı. 1723 il iyunun 26-da 1 Pyotrun qoşunu Bakıya daxil oldu. Lakin, Rusiya və İran arasında bağlanan Gəncə məqaviləsinə (1735) görə Bakı yenidən İranın hakimiyyəti altina keçdi.

 

18 əsrin ortalarında Azərbaycanda bir sıra xanlıqlar, o gümlədən Bakı xanlığı yarandı. Ara müharibələri bütün Azərbaycanda olduğu kimi, Bakıda da iqtisadiyyat və mədəniyyətin inkişafına mane olur, əhalinin vəziyyətini son dərəcə ağırlaşdırırdı. 18 əsrin 2-ci yarısında Bakıda şəhər həyatı və ticarət nisbətən canlandı. Lakin Ağa Məhəmməd Şah Qacarın Azərbç-a hücumları iqtisadiyyatın və ticarət əlaqələrinin yenidən tənəzzülə uğramasına səbəboldu. 1796 ilin yazında 2 Yekaterinanın əmri ilə gen. V.A.Zubovun komandanlıq etdiyi rus qoşunları Azərb.-a yürüş etdi. İyunun 13-də Bakı alındı. 1797 ilin əvvəlində gen.P.D.Sisianov Bakının komendantı tə"yin olundu. 2 Yekaterinanın ölümündən sonra oğlu 1Pavel V.A.Zubovu geri çağırdı. Çar qoşunları 1797 ilin martında Bakını tərk etdi. 19 əsrin əvvəlində 1 Aleksandr Xəzər-sahili vil.-ləri, ilk növbədə Bakını tutmaq planı ilə hüsusi maraqlanırdı. Rusiya-İran müharibəsi (1804-13) bu planın həyata keçirilməsini sür"ətləndirdi. 1805 il avqustun 12-də çar qoşunu Bakını mühasirəyə aldı, lakin müvəffəqiyyət qazanmayaraq geri çəkildi. 1806 ilin əvvəlində gen. P.D.Sisianovun qoşunları yenidən Bakıyə yaxınlaşdı. Şəhəri təslim etmək haqqında Bakı xanı Hüseynnqulu xanla danışıqlar zamanı gen. P.D. Sisianov öldürüldü. 1806 il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirildi. 1807 ildə Bakıda 500 ev, 3000 əhali var idi. 1813 ildə bağlanmış Gülüstan sülhü ilə Şimali Azərb., o gümlədən Bakının Rusiyaya birləşdirilməsi təsdiq edildi. Abşeronda illik neft istehsalı 200-300 min puda çatırdı. 1847 ildə Bakının Bibiheybət sahəsində mexaniki üsulla ilk neft quyusu qazılmasina təşəbbüs göstərildi. Bakı neft sənayesinə xarici kapitalın axını başlandı. 1879 ildə Bakıda 9 qazıma buruğe vardısa, 1900 ildə onların sayı 1710-a çatdı. Bakı nefti dünya miqyasina çıxdı. Neft sənayesi ilə yanaşı , Bakıda başqa sənaye sahələri də inkişafa başladı; mexaniki zavodlar, e"malatxanalar, tütün f-kləri buxar mühərrikləri ilə işləyən dəyirmanlar və s. yarandı. Yeni tikililər, banklar, ticarət və sənaye firalarının binalarından ibarət idi. 1883 il mayın 8-də Bakı-Tiflis d.y. işə salındı. 1899 ildə Bakıda ilk konka işləməyə başladı. Hələ 19 əsrin 40-cı illərində Xəzərdə buxar gəmiləri işləyirdi.

 

İqtisadiyyat

 

Azərbaycan Respublikasının milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də Prezident Əbülfəz Elçibəy tərəfindən dövriyyəyə buraxılmışdır. 2006-cı il yanvarın 1-dən ölkədə köhnə manatla (AZM) bərabər yeni manat (AZN) da dövriyyəyə buraxılıb. AZN-nın dollarla nisbəti USD1=AZN0,91 və ya USD1=AZM4560. Xırda pul qəpik adlanır və 1 manat 100 qəpiyə bərabərdir.

 

Dil

 

Azərbaycan Respublikasının səkkiz milyonluq əhalisinin (2001) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.

 

Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiya-da, ABŞ-da, Türkiyə-də və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.

 

Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

 

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir

 

Din

 

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Ən geniş yayılmışi İslamdir. Digər dinlər bunlardır: Yəhudilik, Xristianlıq, Alban-udi kilsəsi, Katolisizm.

 

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

 

Münaqişə

 

Dağlıq Qarabağın Erməni mənşəli əhalisinin müstəqillik tələbləri Azərbaycanla qonşu Erməniştan arasında 1989-cu ildən bəri davam edən silahlı münaqişəyə səbəb olmuşdur. Hal - hazırda Dağlıq Qarabağ və ona bitişik rayonlar Erməniştanın işğalı altındadır.İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabaq və 7 ətraf rayonun 1 000 000-a yaxın azərbaycanlı əhalisi öz yaşayış yerlərini tərk etmiş, 20 000 -dən çox adam qətlə yetirilmiş, 50 000 nəfər yaralanmış və ya şikəst olmuşdur.

 

Hərbi təcavüz zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır.

 

Ermənistan Respublikası «Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında» Haaqa Konvensiyasının və «Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında» Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqla məşğuldur.

 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə baxmayaraq, Ermənistan Respublikası bu gün də işğalçılıq siyasətini davam etdirir.

 

Bayramlar ve xüsusi günlər

 

Rəsmi

1 Yanvar - Yəni İl bayramı

20 Mart - 21 Mart - Novruz bayramı

28 May - Respublika günü

15 İyun - Milli Qurtuluş günü

26 İyun - Azərbaycan Silahlı Quvvetleri günü

18 Oktyabr - Azərbaycan Respulikası-nin Dövlət Musteqilliyi günü

17 Noyabr - Milli Dirceliş günü

31 Dekabr - Dünya Azərbaycanlıların Hemreyliyi günü

 

Dini

Qurban Bayramı (1 gün)

Ramazan Bayramı (1 gün)

 

 

Azərbaycanın rayon ve şəhərləri

 

Rayonlar: Abşeron | Ağdam | Ağdaş | Ağcabədi | Ağstafa | Ağsu | Astara | Babək* | Balakən | Bərdə | Beyləqan | Biləsuvar | Daşkəsən | Dəvəçi | Füzuli | Gədəbəy | Goranboy | Göyçay | Hacıqabul | İmişli | İsmayıllı | Cəbrayıl | Cəlilabad | Culfa* | Kəlbəcər | Xaçmaz | Xanlar | Xızı | Xocalı | Xocavənd | Kürdəmir | Laçın | Lənkəran | Lerik | Masallı | Neftçala | Oğuz | Ordubad* | Qəbələ | Qax | Qazax | Qobustan | Quba | Qubadlı | Qusar | Saatlı | Sabirabad | Sədərək* | Salyan | Samux | Şahbuz* | Şəki | Şamaxı | Şəmkir | Şərur* | Şuşa | Siyəzən | Tərtər | Tovuz | Ucar | Yardımlı | Yevlax | Zəngilan | Zaqatala | Zərdab

Şəhərlər: Əli Bayramlı | Bakı | Gəncə | Xankəndi | Lənkəran | Mingəçevir | Naftalan | Naxçıvan* | Şəki | Sumqayıt | Şuşa | Yevlax

Ulduz şəkilli mətbəə nişanı olan (*) Naxçıvan Muxtar Respublikası

 

 

 

Neftçala

 

Azərbaycanın rayonlarından biridir. Neftçala rayonu 1940-cı ildə təşkil olunmuşdur.1959-cu ildə ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmiş, 1973-cü ildə yenidən müstəqil rayon olmuşdur.

Sahəsi - 1451 kvadrat kilometrdir.

Əhalisi (sıxlıq) - 72,8 min nəfərdir.

İri yaşayış məntəqələri - Neftçala şəhəri, Xıllı və Bankə şəhər tipli qəsəbələr, Yuxarı Qaramanlı, Boyat, Yenikənd kəndləridir.1 şəhər, 3 şəhər tipli qəsəbə, 53 kənd vardır.

Yerli Media - "Gündoğar" qəzeti.

 

İqtisadiyyat

 

Rayonun iqtisadiyyatında əsasən pambıqçılıq və taxılçılıq başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir.

 

 

 

 

Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri

 

Neftçalada 12 məktəbəqədər uşaq müəssisəsi, 44 ümumtəhsil məktəbi, 53 kitabxana, 36 mədəniyyət evi vardır.

 

İqlimi

 

Mülayim-isti yarımsəhra.

 

English to Azeri Online Dictionary

Baku