"Qızıl atəşlə, qadın qızılla,
kişi isə qadınla imtahan edilir"
ABŞ atalar sözü
Prof.Dr.Niftalı Qocayev
Qocayev Niftalı Mehralı oğlu 1936-cı il oktyabrın 18-də Qərbi
Azərbaycanın (indiki Ermənistan adlanan bölgə) Qazax qəzasının Dilican nahiyyəsinin Salah kəndində
doğulmuşdur. 1953-cü ildə orta məktəbi qızıl medalla bitirərək BAKI DÖVLƏT UNİVERSİTETİNİN fizika fakültəsinə daxil
olmuşdur. Yalnız əla qiymətlərlə oxuduğuna nümunəvi davranışına görə 3-5 kurslarda Özəl Təqaudə layiq görülmüş, 1958-ci ildə
fizika fakültəsinin
nəzəri fizika ixtisasını fərqlənmə(qırmızı)
diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə
diplomu ilə bitirməsi və tələbəlik dövründə elmi-tədqiqat işləri sahəsindəki fəaliyyəti (tələbə ikən Kiev Dövlət Universitetində kəçirilən Bəynəlxalq elmi konfransda <<>> mövzusunda məruzə
ilə çıxıs edərək tərifnaməyə
layiq görülmüşdür) nəzərə alınaraq N.M.Qocayev BDU-da saxlanılmışdır.Bir il laborant vəzifəsində işlədikdən
sonra Sankt-Peterburq şəhərində o zamanki
Sovətlər Ittifaqı Elmlər Akademiyasının aspiranturasına qəbul olunaraq akademik M.V.Volkenşteynin elmi rəhbərliyi ilə o zamanlar üçün nadir olan molekulyar biofizika sahasində elmi fəaliyyətini davam etdirmişdir. 1962-cı ildə mövzusu üzrə namizədlik dissertasiyasını müvəffəqiyyətlə
müdafiə
edərək
fizika-riyaziyyat elmləri namizədi elmi adını almış və məzunu olduğu Bakı Dövlət Universitetinə qayıdaraq bu günə qədər həmin universitetdə öz hərtərəfli fəaliyyətini (1962-müəllim, 1963-1964 baş müəllim, 1964-1979 dosent, 1979-dan professor) etdirir. 1967-cı ildə N.M.Qocayevin bilavasitə fəaliyyəti nəticəsində Bakı Dövlət Universiteti nəzdində yaradılmış və N.M.Qocayev həmin fakultənin ilk dekanı vəzifəsinə təyin olunmuşdur. 1968-ci ildə müsabiqə yolu ilə BDU-nun müdir vəzifəsinə seçilmiş və bununla əlaqədar 1969-cu ildə öz xahişi ilə dekan vəzifəsindən azad edilmişdir. Prof.N.M.Qocayev 16 il (1968-1984-cu illərdə) rəhbərlik
edərək
elmi pedaqoji kadrlar hazırlanması işində dərslik və monoqrafiyalar
yazmaq və tədris sahələrində önəmli müvəffəqiyyətlər qazanmışdır. O, ilk dəfə 1977-ci və 1980-ci illərdə olmuş və müvafiq medallarla təltif olunmuşdur. Prof.N.M.Qocayev məzun olduğu ildən indiyədək
fasiləsiz işlədiyi BAKI DÖVLƏT UNIVERSITETINDƏ
hələ 1959-cu ildən tədqiqata başladığı sahəsində məktəb yaratmış. Həmin məktəbin daha səmərəli elmi fəaliyyət
göstərməsi
üçün 1980-ci
keçmiş SSRI Ali Təhsil
Nazirliyinin tövsiyyəsi
və SSKI Nazirlər Sovəti yanında Elm və Təhsil Komitəsinin xüsusi qərarı ilə laboratoriyanın açılmasına
nail olmuş
və o vaxtdan bu günə qədər həmin laboratoriyanın müdiri vəzifəsində çalışır. Prof.N.M.Qocayev 4 istiqamətdə səmərəli elmi-pedaqoji fəaliyyət göstərmişdir:
elmi-tədqiqat
işləri
və yüksək
ixtisaslı elmi
kadrların(magistr
və elm
namizədi) hazırlanması, dərsliklər və monoqrafiyaların yazılması , dərsliklərin və elmi ədəbiyyatın xarici dillərdən Azərbaycan və Türk dillərinə tərcüməsi , pedaqoji fəaliyyət. Sadalanan
bütün sahələrdə
prof.N.M.Qocayevin
xüsusi xidməti
olmuşdur
. O, məzunu olduğu BAKI DÖVLƏT
UNIVERSITETININ fizika , biologiya,
kimya fakultələrində ümumi fizikanın müxtəlif bölmələri və ixtisas kursları üzrə yüksək səviyyəli mühazirələr oxumuş, tələbələrin kurs və diplom işlərinə rəhbərlik etmişdir . Əsasən Avropa , Amerika və Rusiyada nəşr olunan mötəbər elmi jurnallarda dərc
olunmuş
255 elmi məqalənin
, 8 monoqrafiyanin , 9 dərslik və dərs vəsaitinin müəllifidir . Bunlar içərisində keçmiş SSRI -nin Ali Təhsil Nazirliyi tərəfindən Ittifaq Universitetləri üçün dərs vəsaiti olaraq təsdiq olunaraq
Moskva şəhərində
nəşriyyatı tərəfindən
çap olunmuş kitabını və Sankt -Peterburq şəhərində bir qrup alimlərlə
, akademik
M.Volkenşteyn və başqaları ilə birlikdə ingilis dilində nəşr etdirdiyi monoqrafiyanı xüsusi qeyd
etmək
lazımdır . Prof.N.M.Qocayevin qardaş Türkiyə universitetləri üçün yazaraq Ərzurumda nəşr etdirdiyi 2 dərslik və 2 monoqrafiya Türkiyəli tələbələr
tərəfindən sevilərək oxunan kitablardır . Prof.N.M.Qocayevin elmi rəhbərliyi ilə 20 aspirant və dissertant namizədlik dissertasiyasını müvəffəqiyyətlə
müdafiə
edərək
elmlər
namizədi adına layiq görülmuüşdür. Onların içərisində Misir və Iraq vətəndaşları da var. Prof.N.M.Qocayevin təşəbbüsü ilə 1997 -ci ildə yaradılmıs Azərbaycan Biofizika Cəmiyyəti
özünün ilk konfransında onu Cəmiyyətin Prezidenti seçmişdir və bu günədək həmin vəzifədə
müvəffəqiyyətlə
çalışır . Qocayev 2001-ci ildən etibarən əvəzçilik yolu ilə Qafqaz
universitetində Elmi işlər və xarici əlaqələr
üzrə prorektor vəzifəsində
işləyir.
Prof.N.M.Qocayev
1980-1984 -cu illərdə Azərbaycan Rəspulikasi Ali Təhsil Nazirliyi nəzdində fəaliyyət
göstərən
Elmi-Metodik Şuranı Fizika və Astronomiya Seksiyasının sədri ,1967-1994 -cu illərdə Azərbaycan
Rəspublikasi cəmiyyətinin Fizika Seksiyasının üzvü olmuş , 1989-1993 -cu illərdə
Azərbaycan Qaçqınlar
Cəmiyyətinin sədri vəzifəsində işləmişdir .1993-1998 -ci illərdə Türkiyədə -Ərzurum Atatürk və İstanbul universitetlərində profəssor vəzifəsində
çalişaraq mühüm elmi-pedaqoji fəaliyyət göstərmişdir . Həmin dövrdə yerli alimlərlə yaxın əməkdaşlıq edərək maraqlı elmi-tədqiqat işləri aparmış , dissertasiya işlərinin müdafiə şuralarının sədri və üzvü olmuşdur . Birgə elmi işlər Türkiyə Dövlət Planlama Təşkilatı tərəfindən mühüm elmi
-tədqiqat işi olaraq qəbul olunduğundan həmin təşkilatın maliyyə dəstəyi ilə yerinə yetirilmiş , alınan nəticələr Journ Moləkular Structurə kimi moötəbər elmi jurnalda və digər jurnallarda çap olunmuşdur . Prof.N.M.Qocayev Türkiyə universitetlərinin tələbələri üçün 4 dərslik(molekulyar fizika, optika,
molekulun quruluşu1-ci və 2-ci
cild) yazmış , molekulyar
fizika və optikanı ilk dəfə olaraq Ərzurum və Atatürk Universitetində tədris etməklə yanaşı özündən sonra bu fənnlərin tədrisi
üçün kadrlar
hazırlığına da
əmək sərf etmişdir.
Hazırda
Istanbul Universitetinin kafedrası ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında elmi -tədqiqat işlərini davam etdirir. Prof.N.M.Qocayev 255 məqalənin müəllifidir.
|